PDF Oxu

Dünya

  • 706

Medvedev 10 DİN generalını istefaya göndərib

Medvedev 10 DİN generalını istefaya göndərib
Kremlin mətbuat xidmətinə əsaslanan RİA "Novosti" informasiya agentliyinin aprelin 5-də yaydığı məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev Daxili İşlər Nazirliyinin 10 general-mayorunu tutduğu vəzifələrdən azad etmişdir. İstefaya göndərilmiş generallar arasında ali milis təhsil müəssisələrinin bir sıra rəhbərləri də olmuşdur: RF DİN Ufa Hüquq İnstitutunun rəisi Faim Muxametşin, RF DİN Rostov Hüquq İnstitunun rəisi Gennadi Barkovski, RF DİN Çelyabinsk Hüquq İnstitutunun rəisi Vladimir İqoleviç, RF DİN Saratov Hüquq İnstitutunun rəisi Valeri Nazarov, RF DİN Akademiya Dairəsinin rəis müavini Aleksandr Artyomyev və RF DİN Moskva Universitetinin rəis müavini Qriqori Skripkin. RF DİN baş müfəttişləri Xurşed Numanov və Mixail Slizkov, RF DİN opertiv- axtarış bürosunun rəis müavini Yuri Borodastov və RF DİN təşkilati-müfəttiş departament müfəttişliyinin rəis müavini Leonid Xeylo da istefaya göndərilmişlər. "İnterfaks" informasiya agentliyinin verdiyi məlumata görə, Borodastov, Numanov, Slizkov və Xeylo müvafiq yaş həddini aşdıqlarına görə tutduqları vəzifədən azad edilmişlər. Digər generallar isə təhsil müəssisələrinin yenidən təşkili və ştatdakı ixtisarlara görə postlarından getmişlər. Rusiya DİN dairəsində islahatlar aparıldığından, indiyədək 30-dan çox general istefaya göndərilmişdir. İslahat planına görə, DİN dairəsində fəaliyyət göstərən generalların sayı 427-dən 340-a endiriləcək. İddiaçıların attestasiyası cari ilin 1 iyulunda başa çatacaqdır.

Digər xəbərlər