PDF Oxu

Dünya

  • 817

Haiti prezident seçkilərində Mişel Martelli uğur qazanıb

Haiti prezident seçkilərində Mişel Martelli uğur qazanıb
Onun ən yaxın rəqibi olan ölkənin keçmiş birinci ledisi Mirland Maniqa 31,74 % səs toplamışdır. Rəsmi məlumat aprelin 16-da elan ediləcəkdir. Haitidə prezident seçkilərinin ikinci turu 2011-ci ilin 20 martında keçirilmişdir. Əvvəl belə bir qərar qəbul edilmişdi ki, M.Martelli bu turda iştirak etməyəcəkdir. 2010-cu il noyabrın axırlarında keçirilən birinci turda iştirak edən Jüd Selesten ikinci tura keçmişdir. Xatırladırıq ki, bu şəxs iqtidarda olan Rene Prevalın varisi olmuşdur. Prezident seçkilərinin birinci turu xalq arasında narazılıqla qarşılanmışdır. Etiraz edənlər seçkilərdə ciddi qanun pozuntusu törədildiyini bildirir və ikinci tura yalnız M.Martellinin çıxdığını iddia edirdilər. Ciddi yoxlamadan sonra bu həqiqət öz yerini tutmuşdur. Xatırladırıq ki, M.Martelli Haitidə məşhur müğənni kimi tanınmaqdadır. Onu haitili populyar müğənni Uayklef Cin daha çox dəstəkləmişdir. U.Cin özü prezident seçkilərində iştirak etmək istəsə də, ömrünün çox hissəsini ABŞ-da keçirdiyindən seçkilərə buraxılmamışdı.

Digər xəbərlər