PDF Oxu

Dünya

  • 663

Polis Yəmənin cənubunda 1200 nümayişçini yaralayıb

Polis Yəmənin cənubunda 1200 nümayişçini yaralayıb
"Frans Press" informasiya agentliyinin yayığı məlumata görə, Yəmənin cənubunda yerləşən Tais şəhərində polis dövlət əleyhinə nümayiş keçirən müxalifətçiləri dağıdarkən, 1 nəfər həlak olmuş, 1200 nəfər yaralanmışdır. Tibb işçiləri və şahidlərin dediklərinə görə, Yəmən polisi nümayişçilərə atəş açmışdır. Gözyaşardıcı qaz tətbiqindən sonra nümayişçilərin dağılışmadığını görən polis onlara avtomat silahlardan atəş açmışdır. Bu məlumatı təkzib edən hakimiyyət dairələri nümayiş zamanı 9 nəfər hüquq-mühafizə orqanı əməkdaşının da yaralandığını bildirmişlər. Şahidlərin dediklərinə görə, gənclərdən biri Yəmən prezidenti Əli Abdulla Salehin plakatdakı şəklini cırmaq istəyərkən, aldığı güllə yarasından həlak olmuşdur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Yəməndə qanun pozuntusu başlanan gündən indiyədək 95 nəfər həlak olmuşdur. Hökumət əleyhinə çıxışlar Yəməndə 2011-ci ilin yanvarında başlanmışdır. Ölkənin iri şəhərlərində keçirilən çoxminli mitinqlərdə nümayişçilər 1978-ci ildən Yəmənin prezidenti kürsüsündə oturan Salehin istefasını tələb etmişlər. Paytaxt Səna şəhərində keçirilən mitinqlərdə nümayişçilər dəfələrlə qovulmuşlar. Martın axırlarında ordunun bir hissəsi nümayişçilərin tərəfinə keçmişdir. Bu səbəbdən də, martın 23-də Yəməndə fövqəladə vəziyyət elan edilmişdir.

Digər xəbərlər