PDF Oxu

Dünya

  • 682

ATƏT Nazarbayevin yenidən prezident seçilməsinə tənqidlə yanaşıb

ATƏT Nazarbayevin yenidən prezident seçilməsinə tənqidlə yanaşıb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Nursultan Nazarbayev aprelin 3-də Qazaxıstanda keçirilən prezident seçkilərində 95,5 % seçici səsi qazanmışdır. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Nazarbayevin rəqibləri Jambıl Axmetbekov, Qani Kasımov və Mels Eleusizov, müvafiq olaraq, 1,4, 1,9 və 1,2% səs qazanmışlar. Agentliyin məlumatına görə, seçkilərdə səsvermə hüququ olan seçicilərin 84%-i iştirak edirdi. "İnterfaks"ın məlumatına görə, seçkinin son nəticələri aprelin 9-da elan ediləcəkdir. N.Nazarbayev Qazaxıstanda 20 ildən artıq hakimiyyət başında olmuşdur. 2011-ci ilin yanvarında o, əhaliyə müraciət edərək, növbəti seçkilərdə iştirak edəcəyini bildirmişdi. Qazaxıstanda prezident seçkilərində iştirak etmiş ATƏT nümayəndələri seçkilərin demokratik standartlara uyğun gəlmədiyini, ötən seçkilərdə olduğu kimi, bir sıra qanun pozuntularının müşahidə edildiyini, müxalifətçilərin seçkilərə lazımi miqdarda buraxılmadığını bildirmişlər. ATƏT Nazarbayevlə rəqabət aparan namizədlərin iqtidarda olan prezidentlə lazımi səviyyədə rəqabətə qoşulmadıqlarını qeyd etmişdir. Məlumata görə, bir çox beynəlxalq müşahidəçilər seçki məntəqələrinə buraxılmamışdır. "İnterfaks"a müsahibə verən ATƏT-in Qazaxıstan seçkiləri üzrə nümayəndə heyətinin başçısı Daan Evertin dediyinə görə, Qazaxıstanda seçkilər lazımi səviyyədə keçirilməmişdir. AŞPA nümayəndələri RİA "Novosti"yə verdikləri müsahibələrində seçkilərin Qazaxıstan xalqının iradəsini ifadə etdiyini bildirmişlər. AŞPA nümayəndə heyətinin başçısı Yuliya Levoçkinanın dediyinə görə, keçmiş seçkilərlə müqayisədə Qazaxıstanda tərəqqi və inkişaf müşahidə edilməkdədir.

Digər xəbərlər