PDF Oxu

Dünya

  • 831

Qəddafi rejimi Böyük Britaniya ilə gizli danışıq aparıb

Qəddafi rejimi Böyük Britaniya ilə gizli danışıq aparıb
"Qardian" qəzetinin martın 31-də yazdığına görə, Müəmmar Qəddafi rejimi Böyük Britaniyanın hakimiyyət dairələri ilə məxfi danışıqlar aparmışdır. Bu məqsədlə Liviya liderinin oğlu Seyf əl-İslamın yaxın köməkçilərindən biri olan Məhəmməd İsmail Londona göndərilmişdir. "Qardian" qəzeti belə ehtimal irəli sürür ki, Məhəmməd İsmailin Londonda apardığı danışıqlar mərhələsinin başlanğıcı Liviya məmurları ilə Qərb arasında əlaqə kimi qiymətləndirilməlidir. Güman ki, Liviya məmurları bu yolla ölkəni yaranmış çətin vəziyyətdən çıxarmaq istəyirlər. Qəzet belə hesab edir ki, danışıqlarda başlıca rol oynayan Liviya liderinin oğulları atalarını mürəkkəb vəziyyətdən çıxarmaqla radikal hakimiyyət dəyişikliyinin qarşısını almaq istəyirlər. Məxfi danışıqlara martın 30-da Liviyanın xarici işlər naziri Musa Kusun Böyük Britaniya səfərinin ertəsi gün başlanmışdır. Xatırladırıq ki, M.Kus Londona Tunisdən uçub gəlmişdi və o, burada öz postunu tərk etdiyini və sığınacaq istədiyini bildirmişdi. Qəzet yazır ki, hazırda M.Kus Britaniya kəşfiyyatı tərəfindən dindirilməkdədir. Britaniyada xəbər də yayılmışdı ki, Liviyanın Afrika məsələləri üzrə naziri Əli əl-Treki və Liviyanın Böyük Britaniyadakı səfirinin müavini Tarek Xalid M.Qəddafidən üz döndərmişdir. Hazırda Liviyada M.Qəddafiyə loyal qüvvələrlə üsyançılar arasında qarşıdurma davam edir. Üsyançıları ABŞ, Böyük Britaniya və Fransa dəstəkləyir. Hələlik, yerüstü döyüşlərdə heç bir tərəf uğur qazana bilmir.

Digər xəbərlər