PDF Oxu

Dünya

  • 1 044

Rusiya və İsrail Fələstin məsələləri üzrə məxfi danışıqlar aparıb

Rusiya və İsrail Fələstin məsələləri üzrə məxfi danışıqlar aparıb
"Haaretz" qəzetinin yazdığına görə, Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov İsrailin baş naziri Binyamin Netaniyaqunun müşaviri İsaak Molxo ilə danışıqlar aparmışdır. Qəzetin yazdığına görə, məxfi görüşdə Avropa Birliyinin Yaxın Şərq məsələlərinin nizama salması üzrə planı müzakirə edilmişdir. B.Netaniyaqunun müşaviri S.Lavrovdan xahiş etmişdir ki, Rusiya layihəni dəstəkləməsin. İ.Molxola və S.Lavrovun görüşü bir saatdan artıq davam etmişdir. İsrail nümayəndəliyinin tərkibinə daxil edilən ölkənin Xarici İşlər Nazirliyinin müşaviri Daniel Taub RF XİN-in Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Sergey Yakovlevlə görüş keçirmişdir. "Haaretz" qəzeti yazır ki, İsrail Rusiya nümayəndəliyinə Yaxın Şərq regionunda vəziyyətin nizama salınması yönündə yeni təkliflər irəli sürmüşdür. İsrail tərəf Moskvadan xahiş etmişdir ki, "Yaxın Şərq kvarteti"nin apreldə keçiriləcək növbəti görüşündə Avropanın irəli sürdüyü təşəbbüsü dəstəkləməsin. Söhbət 1967-ci ildə Fələstinlə İsrail sərhədinin tanınmasından gedir. Rusiya və İsrail arasında məxfi danışıqların başa çatması haqda məlumat verilmir. 2011-ci ilin yanvarında Rusiya prezidenti Dmitri Medvedev növbəti dəfə belə bir bəyanat vermişdi ki, Moskva, paytaxtı Şərqi Yerusəlim olan müstəqil Fələstin dövlətinin yaranmasını dəstəkləyir, ancaq bu məsələdə mütləq İsrail tərəfi ilə də məsləhətləşmələr aparılmalıdır.

Digər xəbərlər