PDF Oxu

Dünya

  • 859

Qəddafiyə tabe olan qüvvələr üsyançıları böyük şəhərlərdən çıxarıblar

Qəddafiyə tabe olan qüvvələr üsyançıları böyük şəhərlərdən çıxarıblar
"Los-Anceles Tayms" qəzetinin yazdığına görə, Liviyanın hökumət qoşunları martın 29-da üsyançıların mövqelərinə hücum edərək, onları 160 kilometr ölkənin şərqinə doğru sıxışdırıblar. Müəmmər Qəddafi üsyançıların mövqelərini reaktiv top atəşinə tutduqdan sonra, tankların dəstəyi ilə onlara hücum etmişdir. 4 saat ərzində hökumət qoşunları üsyançıları cəbhə xəttindən 110 kilometr uzaqlaşdırmağa nail olmuşdur. Əvvəllər cəbhə xətti Qəddafinin doğulduğu Sirt şəhəri yaxınlığında idi. Qəddafi ordusunun əks həmlələri üsyançıların cəhdlərini heçə endirmişdir. Ötən həftənin axırlarında üsyançılar cəbhənin qərb istiqamətində 240 kilometr irəliləməyə nail olmuşdular. Martın 29-da axşama yaxın üsyançılar Ras-Lanuf, Sirt, Bin-Cavad və başqa şəhərləri tərk etməli olmuşdular. Pentaqon nümayəndələrinə əsaslanan "CBS Nyus" agentliyi xəbər verir ki, martın 29-da ABŞ-ın hərbi-hava qüvvələri M.Qəddafinin hərbi obyektlərdə 22 ədəd "Tomaqavk" raketi atmışlar. ABŞ, Fransa, Böyük Britaniya və beynəlxalq koalisiya qüvvələrinə daxil olan digər dövlətlər Liviyada martın 19-dan etibarən hərbi əməliyyatlar keçirməyə başlamışlar. Onlar bundan sonra da üsyançılara silahlı dəstək verəcəklərini bəyan edirlər.

Digər xəbərlər