PDF Oxu

Dünya

  • 950

İordaniya hakimiyyəti tərəfdarları Əmmanda mitinq keçirməyi qadağan ediblər

İordaniya hakimiyyəti tərəfdarları Əmmanda mitinq keçirməyi qadağan ediblər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İordaniya hakimiyyəti tərəfdarları ölkənin paytaxtı Əmman şəhərində mitinqlərin keçirilməsini qadağan etmişlər. Ancaq paytaxtın müxalifətçilər üçün ayrılan müəyyən hissələrində mitinq keçirməyə icazə verilmişdi. Mitinqlərin qadağan edilməsi Əmmanda 25 mart qanun pozuntusu ilə əlaqədar qəbul edilmişdir. O vaxt, rəsmi hökumət nümayəndələri müxalifətçilərin quraşdırdıqları düşərgə şəhərciklərinə hücum etmişdilər. Şəhərin mərkəzi meydanlarından birində düşərgə quran müxalifətçilər hökumətin istefasını tələb edirdilər. Polis gecə nümayişçiləri qova bilməsə də, səhər onlarla rejim tərəfdarları arasında kütləvi qarşıdurma baş vermişdir. Toqquşma xarici işlər nazirliyi pəncərəsi önündə baş tutmuşdur. Nəticədə, bir nəfər həlak olmuş, yüzlərlə adam bədən xəsarəti almışdır. Xəsarət alanlar arasında polis əməkdaşları da olmuşdur. Ertəsi gün kral II Abdullanı dəstəkləyən mitinq keçirilmişdir. Nümayişçilər ölkədə sabitliyi pozanları lənətləmiş və əllərində bu mövzulu şüarlar aparmışlar. Martın 28-də İordaniyanın baş naziri Məruf əl-Bahit parlamentdən xahiş etmişdir ki, müxalifətin mitinq keçirməsi üçün xüsusi yer ayırsın. İordaniyada hökumət əleyhinə mitinqlər ilin əvvəlində başlamışdır. Müxalifətçilərin təzyiqi altında kral II Abdulla hökumət başçısını başqası ilə əvəz etmişdir. Bundan sonra ölkədə vəziyyət xeyli stabilləşmişdir.

Digər xəbərlər