PDF Oxu

Dünya

  • 1 009

Qəddafi Qərb liderlərini Adolf Hitlerlə müqayisə etdi

Qəddafi Qərb liderlərini Adolf Hitlerlə müqayisə etdi
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Liviya lideri Müəmmər Qəddafi dünya ictimaiyyətinə müraciət edərək, ölkədə aparılan hərbi əməliyyatı dayandırmağa çağırmışdır. Beynəlxalq koalisiyaya daxil olan ölkə rəhbərlərinə müraciət edən M.Qəddafi onları "barbar hücumda" ittiham etmişdir. Martın 29-da Londonda Liviyadakı daxili vəziyyətlə bağlı sammit başlanmışdır. Sammitdə 7 ərəb ölkəsinin də daxil olduğu 35 dövlət nümayəndələri iştirak edir. Sammitə yığışanlara müraciət edən M.Qəddafi NATO-nun Liviyaya endirdiyi aviasiya zərbələrini İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerin endirdiyi zərbələrlə müqayisə etmişdir. Liviyada hərbi əməliyyat martın 19-da başlanmışdır. Hərbi əməliyyata BMT sanksiya vermişdir. Bu sanksiyalara görə, Liviyada uçuşsuzluq zolağı yaradılır və Qəddafi döyüşçülərinin mövqeyinə nöqtəvi zərbələr endirilməsi nəzərdə tutulur. İlkin mərhələdə bombardmanda beynəlxalq koalisiya qüvvələrinə daxil olan ABŞ, Böyük Britaniya və Fransa iştirak etmişdir. Martın 27-dən etibarən hərbi əməliyyatlara NATO başçılıq edir. Koalisiya qüvvələrinin müdaxiləsindən sonra, Livan üsyançıları fəallaşmağa başlamışlar. Ötən həftənin əvvəllərindən onlar hökumət qoşunlarının mövqelərinə əks hücumlar təşkil etməyə başlamışlar. Martın 28-də M.Qəddafiyə loyal qüvvələr Sirt şəhəri yaxınlığında üsyançıları dayandırmağa nail olmuşlar. "Röyters"in məlumatına görə, Liviyanın dövlət televiziyası martın 29-da M.Qəddafinin oğlu Hamisin öldürüldüyü haqda xəbər vermişdir. Həmin gün Hamis Tripoli yaxınlığındakı Bab əl-Əziziyyə hərbi bazasının ərazisində olmuşdur. M.Qəddafinin iqamətgahı məhz bu baza ərazisindədir. Hamis 32-ci xüsusi briqadanın komandiri olmuşdur. Əlcəzairdə dərc olunan qəzetə əsaslanan AGI İtaliya informasiya agentliyi Hamisin martın 19-da öldüyü haqda xəbər vermişdir. Agentlik yazır ki, üsyançıların təyyarələrindən biri Hamisin yanında yerə düşüb, onun ölümünə səbəb olmuşdur. Liviya hökuməti bu məlumatın doğruluğunu təkzib etmişdir. M.Qəddafinin 7 oğlu və bir qızı vardır.

Digər xəbərlər