PDF Oxu

Dünya

  • 788

Knesset terrorçu və casusların vətəndaşlıq hüququndan məhrum edilmələri haqda qanun qəbul edib

Knesset terrorçu və casusların vətəndaşlıq hüququndan məhrum edilmələri haqda qanun qəbul edib
"Haaretz" qəzetinin yazdığına görə, İsrail Knesseti dövlətə xəyanət etməkdə, terrorçuluq aktında iştiraka və casusluğa görə ölkə vətəndaşlarının vətəndaşlıq hüquqlarından məhrum edilmələrinə imkan verən qanun qəbul etmişdir. Sənəd bu cür şəxslərin İsraildə yaşayış hüququndan məhrum edilmələrinə icazə verir. İsrail vətəndaşlığından tamamilə məhrumedilmə yalnız ikili vətəndaşlığı olan şəxslərə tətbiq ediləcəkdir. İkinci vətəndaşlığı olmayan şəxslərə isə əmək miqrantı statusu veriləcəkdir. Terrorçuluqda ittiham edilmiş şəxslər, yeni qanunçuluğa əsasən, hər cür dövlət dotasiyalarından və sosial proqramlar üzrə ödənclərdən məhrum ediləcəklər. "Yerusəlim Post" qəzetinin yazdığına görə, qanunun qəbul edilməsi üçün 37 Knesset üzvü lehinə, 11 -i isə əleyhinə səs vermişdir. Knessetə təqdim edilən bu qanun layihəsinin təşəbbüskarı "İsrail bizim evimizdir" partiyasının üzvü David Roten olmuşdur. Bəzi politoloqlar qəbul edilmiş sənədin beynəlxalq konvesiyalarla ziddiyyət təşkil etdiyini bildirirlər. Sənəd müəllifləri isə onun qanuniliyini təsdiq edirlər. Onların fikrincə, sənəddə əhalinin müəyyən bir qrupunun yox, məhz ayrı-ayrı ölkə vətəndaşlarının hüquqlarından məhrum edilmələri sənədin beynəlxalq konvensiyalarla heç bir ziddiyyət təşkil etməməsinə dəlalət edir.

Digər xəbərlər