PDF Oxu

Dünya

  • 725

Partlayış nəticəsində Yəməndə ölənlərin sayı 150 nəfərə çatıb

Partlayış nəticəsində Yəməndə ölənlərin sayı 150 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin martın 29-da yaydığı məlumata görə, Yəmənin silah zavodlarından birində baş vermiş yanğından sonra partlayış baş vermişdir. Ölənlərin sayının 150 nəfərə çatdığı, 80 nəfərin isə yaralandığı bildirilir. Martın 28-də Yəmənin cənub-qərbində yerləşən Caar şəhərində Kalaşnikov avtomatları üçün mərmi istehsal edən zavodda parlayış baş vermişdir. Şahidlərin dediklərinə görə, bir neçə partlayış olmuşdur. Bundan sonra yanğın çoxalmışdır. Partlayış baş verdiyi zaman müəssisədə çoxlu sayda yerli əhali olmuşdur. Xatırladırıq ki, martın 26-da zavoda hücum təşkil edilmiş və silahlı adamlar silah və sursat oğurlayaraq qaçmışlar. Agentliyin məlumatına görə, həmin gün Caar şəhəri "Əl-Qaidə" silahlılarının hücumuna məruz qalmışdır.

Digər xəbərlər