PDF Oxu

Dünya

  • 880

Qəddafi döyüşçüləri Sirtdə üsyançıların hücumunu dayandırıblar

Qəddafi döyüşçüləri Sirtdə üsyançıların hücumunu dayandırıblar
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, polkovnik Müəmmər Qəddafiyə loyal qüvvələr Liviya üsyançılarının hücumlarını Sirtin 140 kilometr qərbində dayandırmağa müvəffəq olmuşlar. Müxalifətçilərin avtomobilləri Qəddafi tərəfdarlarının ağır pulemyot atəşi altında sahil Bin-Cavad şəhərciyinə qayıtmağa məcbur olmuşlar. Sirt şəhəri həm üsyançılar, həm də hökumət qoşunları üçün strateji cəhətdən vacib bölgədir. Müxalifətçilərin bu şəhəri tutacaqları təqdirdə, onlar Misurat şəhərindəki müttəfiqləri ilə birləşmək imkanı qazana bilərdilər. Bundan sonra 200 kilometrlikdə yerləşən Tripoliyə şərqdən hücum asanlaşa bilərdi. Bu şəhər həm də Qəddafi tərəfdarları üçün rəmzi xarakter daşıyır. Çünki 1942-ci ildə M.Qəddafi məhz bu şəhər ətrafında doğulmuşdur. Ölkənin şərq hissəsini öz nəzarətləri altında saxlayan Liviya üsyançıları bir həftə ərzində neft ixracını bərpa etmək istəyirlər. Müxalifətçilər bu ərazilərdə gün ərzində 100-130 min barrel neft istehsal edirlər. Müxalifət nümayəndələri Liviya neftini dünya bazarına çıxarmaq üçün Qətərlə müqavilə bağladıqlarını bəyan etmişlər.

Digər xəbərlər