PDF Oxu

Dünya

  • 714

Sarkozinin başçılıq etdiyi partiya yerli seçkilərdə sosialistlərə uduzdu

Sarkozinin başçılıq etdiyi partiya yerli seçkilərdə sosialistlərə uduzdu
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa sosialistləri regional seçkilərin ikinci turunda liderlik edirlər. İlkin məlumata görə, Martin Obrinin başçılıq etdiyi Sosialistlər Partiyası 36 faiz səs toplamışdır. Fransa prezidenti Nikolya Sarkozinin başçılıq etdiyi "Xalq Hərəkatı Uğrunda Birlik" partiyası 20 faiz seçici səsi qazana bilmişdir. Marin Le Penin başçılıq etdiyi "Milli Cəbhə" üçüncü yeri tutmuşdur. Ultrasağlar 12 faiz səs qazanmağa nail olmuşlar. Seçkilərdə əhalinin 44 faizi iştirak etmişdir. Martın 20-də keçirilən seçkilərin birinci turunda sosialistlər uğur qazanmışdılar. O vaxt Martin Obrinin başçılıq etdiyi partiya 25 faiz səs qazanmışdı. N.Sarkozinin təmsilçisi olduğu partiya 17 faiz səslə kifayətlənməli olmuşdur. Üçüncü yerdə 15 faiz səs toplamış "Milli Cəbhə" durmuşdur. Bir neçə yerli parlamentdə nəzarət müxalifətçilərin əlinə keçəcəkdir. Fransanı 100 regional qanunverici orqanının 58-i hazırda sosialistlərə məxsusdur.

Digər xəbərlər