PDF Oxu

Dünya

  • 2 328

Orxan Pamuk türk xalqını təhqir etməkdə ittiham edilir

Orxan Pamuk türk xalqını təhqir etməkdə ittiham edilir
"Hürriyyət" qəzetinin yazdığına görə, İstanbulun Şişli bölgə məhkəməsi yazıçı Orxan Pamuku türk xalqını təhqir etməkdə ittiham edilmişdir. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı O.Pamuk 2005-ci ildə 5 ərizəçinin şikayətinə əsasən, 6 min lirə (3,8 min dollar) ödəməli olacaqdır. Ancaq o, 15 gün ərzində məhkəmənin qərarından şikayət edə bilər. O.Pamuk Sürixdə nəşr edilən "Taqes-Anzeiger" qəzetində verdiyi bəyanata görə ittiham edilmişdir. Yazıçı deyirdi ki, Türkiyədə 1 milyon erməni və 30 min kürdün öldürülməsi ondan başqa heç kəsi narahat etmir. O.Pamuku məhkəməyə Kamal Kelinçsiz və döyüşlərdə həlak olmuş 4 əsgərin yaxınları vermişdir. Əvvəl Şişli məhkəməsi O.Pamukun dediyi sözlərlə zərərin miqdarını hesablamağın qeyri-mümkün olduğu qərarını qəbul etmiş və iddianı təxirə salmışdır. Ancaq apellyasiya məhkəməsi işə qarışdıqdan sonra O.Pamukun ittihamı davam etmişdir. Yaxın günlərdə məhkəmə öz qərarını bildirəcəkdir.

Digər xəbərlər