PDF Oxu

Dünya

  • 906

Tripoli BMT TŞ-nin əsasnaməsini "ölkənin birliyinə təhlükə" kimi qiymətləndirib

Tripoli BMT TŞ-nin əsasnaməsini "ölkənin birliyinə təhlükə" kimi qiymətləndirib
"Frans Press" informasiya agentliyinin məlumatına görə, Liviyanın hakimiyyət dairələri BMT-nin Təhlükəsizlik Şurasının Müəmmər Qəddafiyə loyal münasibət bəsləyən qüvvələrin mövqelərinə aviasiya zərbəsi endirmək haqda qəbul edilmiş əsasnamənin "ölkənin birliyinə təhlükə" kimi qiymətləndirmişdir. BMT TŞ-nin bəyanatı səsləndikdən dərhal sonra Liviyanın xarici işlər nazirinin müavini Xaled Kaim bu ifadələri səsləndirmişdir.
X.Kaim belə hesab edir ki, BMT TŞ-nin qəbul etmiş olduğu qərar "liviyalıları bir-birilərinə məhv etməyə çağırır". O, əsasnamə layihəsi səsə qoyularkən, bitərəf qalan 5 dövlətə - Rusiya, Çin, Almaniya, Hindistan və Braziliyaya öz dərin təşəkkürünü bildirmişdir. ABŞ, Böyük Britaniya, Fransa və digər BMT TŞ üzvü olan ölkələr əsasnamə layihəsinin lehinə səs vermişdir.
Müxalifətçilərin nəzarəti altında olan Liviyanın Benqazi şəhərində BMT TŞ-nin qərarı kütləvi sevinc əhval-ruhiyyəsi yaratmışdır. "Əl-Cəzirə" telekanalının məlumatına görə, Benqazi küçələrinə çıxan yüzlərlə adam əsasnamə layihəsinə səs vermiş Fransa, Misir, Qətər və BƏƏ bayraqlarını başları üzərinə qaldıraraq yelləmişlər.
BMT TŞ-nin martın 18-nə keçən gecə qəbul etmiş olduğu əsasnamə layihəsi Liviya aviasiyasının uçuşlarını qadağan etmiş, M.Qəddafinin həm tərəfdarlarından, həm də əleyhdarlarından atəşi dayandırmağı tələb etmiş və dünya ictimaiyyətinə Liviyanın dinc əhalisinə münasibətdə zorakılığa son qoyacaq vacib tədbirlərin həyata keçirməsini nəzərdə tutmuşdur.
"Röyters" agentliyinin məlumatına görə, M.Qəddafi rejimi tabeliyində olan aviasiyanın Liviyanın hava məkanında uçuşlarını qadağan etmişdir. "Frans Press" agentliyi isə martın 18-də belə bir məlumat yaymışdır ki, Fransa hökuməti bir neçə saat ərzində Liviyada hərbi əməliyyat keçirməyi planlaşdırır. Norveç hökuməti də Liviyada hərbi əməliyyatlar aparılmasını dəstəkləmişdir.

Digər xəbərlər