PDF Oxu

Dünya

  • 897

ABŞ-ın Ədliyyə Nazirliyi Yeni Orlean polisinin cinayəti haqda məruzə hazırlayıb

ABŞ-ın Ədliyyə Nazirliyi Yeni Orlean polisinin cinayəti haqda məruzə hazırlayıb
Martın 17-də ABŞ-ın Ədliyyə Nazirliyi Yeni Orlean polis idarəsinin son 10 aylıq fəaliyyətinin nəticələrini açıqlamışdır. Tədqiqatın başlanmasının səbəbi çoxsaylı Yeni Orlean əhalisinin şikayətləri olmuşdur. Əhali şikayət edirdi ki, 2005-ci ildə "Katrina" qasırğası başa çatdıqdan sonra şəhər polisi yüzlərlə ədalətsizliyə yol vermişdir. Ədliyyə Nazirliyinin məruzəsində deyilir ki, Yeni Orlean polisi adamları əsassız olaraq həbs edir və onların evlərində axtarışlar aparırdılar. Polis əhalinin irqi mənsubiyyətinə üstünlük verir və qaradərililəri tez-tez incidirdi. Polis həbs edilmiş şəxslərlə kobud rəftar edir və onlara işgəncələr verirdi. Təhqiqatın təşəbbüsçüsü qismində Yeni Orlean meri Mitç Landru çıxış etmişdir. 2010-cu ilin mayında mer postunu tutan bu şəxs qasırğadan sonra polisin işinin yoxlanmasını tələb etmişdir. Nazirliyin məruzəsində göstərilir ki, şəhər polisi əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında olsa da, bu işə barmaqarası yanaşmışdır. Nazirliyin məruzəsi 115 səhifədir. Məruzəyə 16 səhifə əlavə edilmişdir. Burada problemlərin aradan qaldırılması yolları göstərilir.

Digər xəbərlər