PDF Oxu

Dünya

  • 816

Medvedevdən "təhqir" və “böhtan"ları Cinayət Məcəlləsindən çıxarmaq tələb edilib

Medvedevdən "təhqir" və “böhtan"ları Cinayət Məcəlləsindən çıxarmaq tələb edilib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın ədliyyə naziri Aleksandr Konovalov ölkə prezidenti Dmitri Medvedevə təklif etmişdir ki, Cinayət Məcəlləsinin bəzi maddələrində dəyişiklik edilməsinə Sərəncam versin. Ədliyyə naziri məhkəmə sisteminin inkişafı üzrə keçirilən yığıncaqda belə bir təklif irəli sürmüşdür ki, bəzi cinayətlərdə dekriminalizasiya sistemi tətbiq edilsin. Nazir bu təklifi edərkən, ilk növbədə, CM-in 130-cu maddəsindəki təhqir, 129-cu maddəsindəki böhtan və oğurluq əlamətləri olmadan ictimai əmlaka zərər vurmaq maddələrində dəyişiklik edilməsini nəzərdə tutmuşdur. Yeni dəyişikliklərdə azadlıqdan məhrumetmə ilə əlaqəsi olmayan yeni növ cəzaların verilməsi təklif edilmişdir. Burada söhbət icbari işlərə cəlb edilməkdən gedir. Son federal yığıncaqda bu təşəbbüslə Rusiya prezidenti D.Medvedevin özü çıxış etmişdir. CM-ə əlavə edilmiş dəyişikliklər layihəsi müzakirə edilmək üçün hökumətə təqdim ediləcək, ancaq bundan sonra D.Medvedev onu Dövlət Dumasına çıxaracaqdır. Martın 7-də D.Medvedev CM-də dəyişiklik edilməsinin ilk paketini imzalamışdır.

Digər xəbərlər