PDF Oxu

Dünya

  • 838

Hillari Klinton tutduğu postdan 2012-ci ildə gedəcək

Hillari Klinton tutduğu postdan 2012-ci ildə gedəcək
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton 2012-ci il prezident seçkilərində Barak Obama 2-ci prezidentlik müddətinə seçiləcəyi təqdirdə, Dövlət Departamentinin başçısı postunda qalmayacağını bəyan etmişdir. O, bu bəyanatını martın 16-da Qahirədə jurnalistlərin suallarına cavab verərkən ifadə etmişdir. Dövlət katibi öz gələcək planlarından danışmış, jurnalistlərin ona verdikləri "Prezident, vitse-prezident və müdafiə nazirləri postlarından birini tutmaq fikirindədirmi" sualına mənfi cavab vermişdir. Çünki ekspertlər H.Klintonu istefaya çıxmağı planlaşdıran Pentaqon rəhbəri Robert Geytsin mümkün varisi hesab edirdilər. H.Klinton əvvəllər də bəyan etmişdi ki, nə 2012, nə də 2016-cı illərdə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəkdir. O, növbəti prezident seçkilərində Barak Obamanı dəstəkləyəcəyini bildirmişdir. 2008-ci il prezident seçkilərində H.Klinton B.Obama ilə birlikdə Demokratlar Partiyasından öz namizədliyini irəli sürmüş və rəqibinə uduzmuşdur. B.Obama qalib gəldikdən sonra o, H.Klintonu dövlət katibi postuna təyin etmişdir.

Digər xəbərlər