PDF Oxu

Dünya

  • 1 032

Valdis Zatlers ikinci dəfə Litva prezidenti olmaq istəyir

Valdis Zatlers ikinci dəfə Litva prezidenti olmaq istəyir
"Delfi" informasiya agentliyinin yaydığı məlumata görə, Litva prezidenti Valdis Zatlers ikinci prezidentlik müddətinə irəli sürəcəyini bəyan etmişdir. O, Litva prezidenti Valdis Dombrovskis ilə birlikdə keçirdiyi mətbuat konfransında demişdir ki, 19 aprelədək yeni prezidentlik müddəti haqda iş proqramını komissiyaya təqdim edəcəkdir. Litva qanunçuluğuna əsasən, ölkə başçısını Seymin deputatları müəyyənləşdirir. Hazırda V.Zatlers parlamentarilərin əksəriyyətinin dəstəyini qazanmaqla öyünə bilmək həddində deyil. "Birlik" partiyasına başçılıq edən B.Dombrovskis növbəti prezident seçkilərinə V.Zatlersdən başqa, Avropa Cəmiyyəti Məhkəməsinin hakimi Egil Levits və Avropa Birliyinin İnkişafı üzrə komissar Andris Piebalqsın da namizədliklərinin müzakirəyə çıxarılacağını bildirmişdir. Yaxın günlərdə, "SKDS" agentliyinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, V.Zatlersi rəyi soruşulanların 19,8 faizi dəstəkləyir. Liderlər üçlüyünə düşən Ventspils meri Ayvar Lemberqs 11,5, dövlət nəzarətçisi İnquan Sudrab 7,7 faiz respondent səsi qazanmışdır. Rəyi soruşulanların 37 faizi V.Zatlersin öz postunda qalacağı ehtimalını irəli sürür. Latviyada prezident seçkiləri iyunun 7-də keçiriləcəkdir.

Digər xəbərlər