PDF Oxu

Dünya

  • 939

Bəhreyndə müxalifət liderləri həbs edilib

Bəhreyndə müxalifət liderləri həbs edilib
"Əl-Cəzirə" telekanalının məlumatına görə, Bəhreynin təhlükəsizlik qüvvələri müxalifətin 6 liderini həbs etmişdir. Barmaqlıqlar arxasına düşənlərdən biri "Vaad" siyasi cəmiyyətinin rəhbəri və müsəlman sünnilərini birləşdirən İbrahim Şərif olmuşdur. Qalan beş nəfər şiə təmsilçiləridir. Telekanal müxbirinin Manamadan verdiyi bəyanata görə, həmin şəxslər gecə vaxtı həbs edilmişlər. Müxbir həbsləri hərbi geyimdə olan silahlı adamların keçirdiyini bildirmişdir. Həbslər müxalifətin nümayişləri dağıdıldıqdan sonra keçirilmişdir. Əllərində rejimin dəyişdirilməsi şüarları olan nümayişçilər ölkədə demokratik islahatların keçirilməsini və xarici ölkə qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb edirdilər. Mitinqlər dağıdılarkən, bir neçə nəfər həlak olmuş, yüzlərlə adam isə yaralanmışdı. Bundan dərhal sonra ölkədə fövqəladə rejim elan edilmiş və paytaxt Manamada komendant saatı tətbiq edilmişdir. Küçə və meydanlarda sakitliyin təmin olunması üçün 500 nəfərədək BƏƏ polisi yerli polisə kömək edir. Xarici ölkədən yardımı kral Həməd gətirtmişdir.

Digər xəbərlər