PDF Oxu

Dünya

  • 1 079

“Fukusima-1"-in tullantıları Sakit okeana axacaq

“Fukusima-1"-in tullantıları Sakit okeana axacaq
"İntrefaks" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiyanın "Fukusima-1" atom-elektrik stansiyasının ətrafında 3 gün ərzində əsən şərq küləyi mümkün radioaktiv tullantıların Sakit okeana axması imkanını artıracaqdır. AES-in ətraf mühitə hansı dərəcədə zərər vuracağını isə aparılan araşdırmalar müəyyənləşdirəcəkdir. Burada başlıca diqqət radioaktiv çirklənmə mənbəyinin kütləsinə yönəldiləcəkdir. Uzaq Şərqin Yaponiya ilə yaxın Rusiya ərazilərində radiasiya fonunun səviyyəsi normal həddədir. "Röyters" agentliyi də küləyin istiqaməti haqda analoji qiymət verir. Martın 16-da şimal-qərbdən əsən küləyin sürəti saniyədə 12 metrə bərabər olmuşdur. Belə ehtimal irəli sürülür ki, küləyin bu cür əsməsi ilə heç bir qonşu ölkəyə xətər toxunmayacaqdır. Stansiya yaxınlığında hava pisləşdiyindən, xilasedicilər vertolyotlardan reaktorlara su ata bilmirlər. Xatırladırıq ki, Yaponiya AES-ində qəza vəziyyətini baş vermiş güclü zəlzələnin yaratdığı sunami törətmişdir. Təbii fəlakətdən əvvəl, AES-də işləyən 3 enerji blokunda soyutma sistemi sıradan çıxmış və reaktorların yerləşdikləri binalarda partlayış baş vermişdir. Çərşənbə gününə keçən gecə stansiya yaxınlığında radiasiya fonu saatda 10 millizikülək gücündə olmuş, sonra isə saatda 3,4 millizikülək səviyyəsinə enmişdir. Bundan sonra "Fukusima-1" AES-inin əməkdaşları öz iş yerlərinə qayıtmışlar. Əməkdaşların evakuasiyasından bir qədər sonra stansiyanın 4-cü blokunun işlənmiş yağlar saxlanılan kamerasında yanğın baş vermişdir. Hazırda "Fukusima-1" AES-ində vəziyyət yeddiballıq İNES beynəlxalq təhlükəsizlik şkalası üzrə altı bal həddindədir. Xatırladırıq ki, ən yüksək təhlükəsizlik səviyyəsi Çernobıl qəzasına verilmişdir.

Digər xəbərlər