PDF Oxu

Dünya

  • 804

Misirdə Dövlət Təhlükəsizlik Xidməti buraxılıb

Misirdə Dövlət Təhlükəsizlik Xidməti buraxılıb
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Misirin hakimiyyət dairələri martın 15-də ölkənin dövlət təhlükəsizlik xidmətini ləğv etmişlər. Ölkənin daxili işlər naziri Mənsur əl-İsavi onun yerinə yeni xüsusi xidmət qrupunun yaradıldığını bəyan etmişdir. yeni qurumun adı Milli Təhlükəsizlik Qüvvələri olacaqdır.
Yeni qurumun başlıca vəzifəsi ölkədə təhlükəsizliyin təmin olunması üçün terrorçu qüvvələrə qarşı mübarizə aparacaqdır. Yüz min nəfərədək əməkdaşı olan dövlət təhlükəsizlik xidmətinin buraxılması müxalifətçilərin başlıca tələblərindən biri olmuşdur. Bu tələb Hüsnü Mübarək rejimi əleyhinə keçirilən etiraz aksiyalarının əvvəllərində irəlii sürülmüşdür.
2011-ci il fevralın ortalarında H.Mübarək istefaya getdiyini bəyan etdikdən sonra bu xidmət növü öz fəaliyyətini davam etdirməkdə idi. Müxalifətçilər Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını işgəncələrin verilməsində, qeyri-qanuni kütləvi həbslərin gerçəkləşdirilməsində, telefon danışıqlarının dinlənilməsində və digər qanun pozuntusunda ittiham edirdilər.
Martın əvvəllərində ələ keçmiş 50 nəfərədək dövlət təhlükəsizlik xidməti əməkdaşları qanun pozuntularını təsdiq edən sənədləri məhv etməyə cəhd etmişdilər.

Digər xəbərlər