PDF Oxu

Dünya

  • 757

Bəhreyndə qarşıdurma zamanı 3 nümayişçi həlak olub

Bəhreyndə qarşıdurma zamanı 3 nümayişçi həlak olub
"Frans Press" informasiya agentliyinin məlumatına görə, Bəhreyn paytaxtı Manamanın baş küçəsində polislə nümayişçilər arasında baş vermiş qarşıdurma zamanı 3 nəfər nümayişçi həlak olmuş, onlarla adam isə yaralanmışdır. "RTE Nyus" qəzetinin yazdığına görə, qarşıdurma zamanı 5 nəfər həlak olmuşdur. Qarşıdurma paytaxtın Mirvari küçəsinə hərbçilər və polis daxil olaraq, düşərgə quran nümayişçiləri dağıtmaq istəyərkən yaranmışdır. Bu məqsədlə küçə ətrafına hərbi texnika toplanmış və onlar vertolyotlar vasitəsilə havadan müdafiə olunmuşdur. Bəzi məlumatlara görə, kral əleyhdarları ordu və polisə müqavimət göstərməmişdir. "RTE Nyus"un yazdığına görə, nümayişçilər qovulmamışdan bir qədər əvvəl, nümayişçilərin polisin üstünə sürülən avtomobilləri iki polisi öldürmüşdür. "Frans Press"in məlumatına görə, cəmi bir hüquq-mühafizə orqanı əməkdaşı həlak olmuşdur. Martın 15-də Bəhreyndə 3 ay müddətinə xüsusi vəziyyət tətbiq edilmişdir. Bundan sonra küçə və meydanlara toplaşan nümayişçilər kralın istefasını tələb etmişlər. Belə bir məlumat da yayılmışdı ki, Səudiyyə Ərəbistanından Bəhreynə min nəfər əsgər, Birləşmiş Ərəb Əmirliklərindən isə 500 polis əməkdaşı göndərilmişdir. Onlar ölkənin vacib strateji obyektlərini qoruyacaqlar.

Digər xəbərlər