PDF Oxu

Dünya

  • 702

Dünyanın 70 ölkəsi Yaponiyaya yardım edir

Dünyanın 70 ölkəsi Yaponiyaya yardım edir
"Kiodo" informasiya agentliyinin yaydığı məlumata görə, zəlzələdən və onun törətdiyi sunamidən zərər çəkən Yaponiyaya dünyanın 102 ölkəsi yardım təklif etmişdir. Yaponiyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, martın 15-dən etibarən Portuqaliya, Xorvatiya, Qabon və Ruanda Yaponiyaya kömək edən ölkələrə qoşulmuşdur.
RİA "Novosti"nin məlumatına görə, martın 15-də yerli atom-elektrik stansiyasında baş vermiş qəza ilə əlaqədar vəziyyətin gərginləşdiyi Fukusima prefekturasına 25 nəfər Rusiya xilasedicisi gəlmişdir. Hazırda Yaponiyada 50 nəfərdən çox Rusiya xilasediciləri işləyir. Moskva onların sayını 180 nəfərə çatdırmaq niyyətindədir. Yaponiyada 144 nəfər ABŞ xilasedicisi 12 itlə iş aparır. Böyük Britaniya yanğınsöndürənləri zərərçəkmiş rayonlarda işlərini gücləndirməkdədirlər. Tayvan xilasediciləri də öz köməklərini əsirgəmirlər. "Qırmızı Xaç"ın Cənubi Koreya filialı Tokioya 1 milyon dollar məbləğində yardım edəcəyini və yaxın vaxtlarda bu maliyyə dəstəyini artıracağını vəd etmişdir. ABŞ və Vyetnam da Yaponiyaya maliyyə yardımı ayırmışdır. Bir müddət əvvəl, Tayland Yaponiyaya 6,6 milyon dollar məbləğində humanitar yardım etmişdir. Çin hökuməti isə 4,6 milyon dollar məbləğində ərzaq məhsulları göndərmişdir.
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 15-də Yaponiyada baş vermiş zəlzələ və sunami 2414 nəfərin həyatına son qoymuşdur. Polisin məlumatına görə, 3118 nəfər itkin düşmüşdür. 1885 nəfər isə müxtəlif bədən xəsarəti almışdır.

Digər xəbərlər