PDF Oxu

Dünya

  • 1 266

Xarici ölkə jurnalistləri Yəməndən qovulub

Xarici ölkə jurnalistləri Yəməndən qovulub
"Qardian" qəzetinin yazdığına görə, 4 nəfər xarici ölkə jurnalisti heç bir izahat verilmədən Yəmən ərazisindən deportasiya edilmişdir. Onlardan iki nəfəri amerikalıdır: Xeyli Suitlend Edvards və Coşua Marisiç. Birincisi "Los-Aceles Tayms" qəzetində işləyir, ikincisi isə fotoqrafdır. İki nəfər isə Böyük Britaniya vətəndaşıdır: Porşa Uoker "Vaşinqton Post" qəzetində, Oliver Holms isə "Vall Street Journal" və "Tayms" jurnallarında işləyir. Jurnalistlərin dediklərinə görə, onlar Yəmən müxalifətinin keçirdikləri aksiyalardan yazdıqları üçün deportasiya olmuşlar. Yəməndə etiraz aksiyaları fevralın ortalarında Misir inqilabı uğur qazandıqdan sonra daha da güclənməyə başlamışdır. Etiraz aksiyaları zamanı 40 nəfər həlak olmuşdur. Paytaxt universitetinin professoru Abdulla əl-Fakih jurnalistlərin deportasiya edilməsini Liviya diktatoru M.Qəddafinin hərəkətləri ilə müqayisə etmişdir.

Digər xəbərlər