PDF Oxu

Dünya

  • 902

Bəhreyn Səudiyə qoşunlarını dəvət edib

Bəhreyn Səudiyə qoşunlarını dəvət edib
Martın 14-də Bəhreyn hökuməti Səudiyyə Ərəbistanı ordu hissələrini ölkə ərazisinə dəvət etmək haqda bəyanat vermişdi. "Əl-Cəzirə" telekanalının məlumatına görə, Bəhreyn hökuməti xarici ölkə qoşunlarının öz ərazisinə daxil olmasını strateji obyektlərin mühafizəsi məqsədi ilə edildiyini bildirmişdir. Bəhreyn müxalifətçiləri isə Səudiyyə qoşunlarının ölkəyə işğalçılıq məqsədi ilə daxil edildiyini bəyan edirlər. Onlar ehtiyat edirlər ki, Səudiyyə ordusu fevralın 14-də Manamada başlayan və bu günədək davam edən kütləvi etiraz aksiyalarını dağıtmağa başlasınlar. Xatırladırıq ki, martın 13-də min nəfərə yaxın Səudiyyə ordu hissələri Bəhreyn sərhədini keçmişlər. Bəhreyn hökuməti müxalifətin keçirdiyi kütləvi aksiyanın dinc yolla dayandırmaq istəsələr də, buna müvəffəq olmamışlar. Hakimiyyət dairələri geri çəkildikcə müxalifətçilər iqtidar rejiminin dəyişdirilməsini və köklü demokratik islahatların keçirilməsini tələb edirlər. Nümayişçilərin əksəriyyəti ölkədə çoxluq təşkil edən şiələrdir. Kral və onun yaxın ətrafı isə sünni azlığına daxildir.

Digər xəbərlər