PDF Oxu

Dünya

  • 857

Obama silah islahatı keçirmək istəyir

Obama silah islahatı keçirmək istəyir
ABŞ-ın Arizona ştatının Tuson şəhərində nəşr edilən "Arizona Dailu Star" qəzetinə verdiyi müsahibədə prezident Barak Obama Amerika konqresmenlərini ölkə daxilində silah satışını nizamlayan qanunvericilikdə dəyişiklik etməyə çağırmışdır. Xatırladırıq ki, yanvarın 6-da Tuson şəhərində konqresmen Qabriel Qiffords güllə yarası almışdır. Martın 13-də qəzetdə dərc edilmiş yazıda B.Obama demişdi ki, hazırda silah alan bir çox vətəndaşlar öz öhdəliklərini vicdanla yerinə yetirmirlər ki, bu da qanunvericilikdə yolverilməz hal hesab edilir. O, belə hesab edir ki, silah satışında yoxlama sistemi təkmilləşdirilməlidir. B.Obama bir çox ölkə vətəndaşlarının bəzi siyasətçilərdən və əhalinin müəyyən təbəqəsindən narazı olduğunu və bu səbəbdən də onlara qarşı silah tətbiq etdiyini bildirmişdir. "Ölkəmizdə silah alqı-satqısı qədim tarixi ənənəyə malikdir və nəsildən-nəsilə ötürülür. Ovçuluq və güllə atıcılığı bizim milli sərvətimizdir" deyə prezident qeyd etmişdir. "Arizona Dailu Star" qəzetində ABŞ prezidenti Tusonda baş vermiş atışma zamanı öldükdən və demokrat konqresmen Q.Qiffords başından yaralandıqdan sonra, ilk dəfə idi ki, silah islahatı haqda danışırdı. Bir müddət əvvəl, bəzi Konqres nümayəndələri B.Obamanı silah alqısı sahəsindən qanunçuluğu möhkəmləndirməyə çağırmışdılar. B.Obama isə bu haqda rəsmi məlumat verməkdən yayınırdı.

Digər xəbərlər