PDF Oxu

Dünya

  • 1 021

Belarus prezidentliyinə keçmiş namizəd ölkədən qaçıb

Belarus prezidentliyinə keçmiş namizəd ölkədən qaçıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Belarus prezidentliyinə keçmiş namizəd Ales Mixaleviç ölkə hüdudlarını tərk etməmək haqda imza öhdəliyini pozaraq, ölkə ərazisini tərk etmişdir. Məlumatı agentliyə siyasətçinin arvadı Milana çatdırmışdır. Onun dediyinə görə, hazırda ərinin harada olduğunu bilmir. Belarusun hüquq-mühafizə orqanı əməkdaşları A.Mixaleviçin xarici ölkəyə Rusiya ərazisindən keçib getdiyini bildirmişlər. "Qazeta.ru"nun yazdığına görə, A.Mixaleviç öz bir neçə ətrafı ilə diplomatik avtomobilində Polşaya keçmişdir. A.Mixaleviç öz bloqunda etdiyi qeydində göstərmişdir ki, onu Belarus DTK-sına çağırıb, müstəntiqlərin öhdəsinə buraxdıqdan sonra qaçmaq haqda düşünmüşdür. O, hazırda etibarlı yerdə sığındığını bildirir. A.Mixaleviç 2010-cu il 19 dekabr prezident seçkilərində Minskdə kütləvi qanun pozuntusunun təşkilatçısı hesab edilir. Onu dekabrın 20-nə keçən gecə həbs etmişdilər. Fevralın 19-da ölkə hüdudlarını tərk etmədiyi haqda sənəd imzaladıqdan sonra azadlığa buraxılmışdır.

Digər xəbərlər