PDF Oxu

Dünya

  • 809

Liviya üsyançıları Breq şəhərini ələ keçirib

Liviya üsyançıları Breq şəhərini ələ keçirib
"Əl-Cəzirə" telekanalının məlumatına görə, martın 14-də Liviya üsyançıları Müəmmər Qəddafi tərəfdarlarını Breq şəhərindən çıxarmışlar. Martın 13-də yayılan xəbərlərə görə, hökumət qoşunları üsyançıları sıxışdırıb Breq şəhərindən çıxarmışlar. M.Qəddafi bütövlükdə şəhərə nəzarət etdiklərini bəyan etmişlər. Üsyançılar isə deyirdilər ki, qaranlıq düşəndə ildırım sürəti ilə hücum edərək, şəhərdə möhkəmlənməyə nail olmuşlar. Onlar bir neçə zirehli avtomobili məhv etmiş, 20 əsgəri və 1 polkovniki ələ keçirmişlər. Döyüş zamanı 25 nəfər hökumət hərbi qulluqçusu öldürülmüşdür. Qarşı duran tərəflərin Breqi tutmaları haqda bəyanat vermələri təşviqat xarakteri daşıya bilər. Bu şəhər üsyançıların əlində olan Benqazinin 200 kilometrliyində yerləşir və Liviyanın neft sənayesi mərkəzi hesab edilir. Martın əvvəllərində M.Qəddafi döyüşçüləri Breqdən 40 kilometr kənarda yerləşən Ras-Lanuf liman şəhərini ələ keçirmişdilər.

Digər xəbərlər