PDF Oxu

Dünya

  • 743

Qəddafinin əleyhdarları Ras-Lanufdan çıxarılıb

Qəddafinin əleyhdarları Ras-Lanufdan çıxarılıb
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, cümə axşamı Müəmmər Qəddafi və əleyhdarları arasında gedən döyüşlərdən sonra müxalifətçilər Ras-Lanuf şəhərinin mərkəzindən sıxışdırılıb çıxarılmışlar. Məlumata görə, müxalifətçilər şəhərə 3 tank və 150 nəfərə yaxın döyüşçü göndərmişlər.
M.Qəddafinin tərəfdarları şəhərə dəniz vasitəsilə daxil olmuşlar. "Əl-Cəzirə"nin məlumatına görə, minamyot və raketlərlə silahlanmış ordu qüvvələri şəhərin Şərq tərəfini tutmuşdur. Qətər telekanalının məlumatına görə, ötən gün ərzində Liviya hökuməti tərəfdarları Ras-Lanuf şəhərinə aviasiya zərbələri endirmişlər. Nəticədə qaz istehsal edən zavod, bir xəstəxana və bir neçə bina dağıdılmışdır. Tripoli şəhəri yaxınlığında yerləşən Əl-Zəviyyə şəhəri gah M.Qəddafi tərəfdarlarının, gah da üsyançıların əlinə keçir.
Liviyada qarşıdurma fevralın ortalarında başlanmışdır. Hazırda üsyançılar ölkənin şərq, hökumət qüvvələri isə qərb hissəsini əlində saxlayır. İnqilabçılar özlərinin iqtidar orqanını - müvəqqəti milli-keçid şuralarını yaradıblar. Şuranın başında Liviyanın keçmiş ədliyyə naziri Mustafa Abdel Cəlil durur. Şuranın legitimliyini Fransa prezidenti Nikolya Sarkozi tanımışdır.

Digər xəbərlər