PDF Oxu

Dünya

  • 913

Səudiyyə polisi şiə mitinqçilərinə atəş açıb

Səudiyyə polisi şiə mitinqçilərinə atəş açıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, cümə axşamı Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl-Kətif şəhərində keçirilmiş nümayişdə polislə qarşıdurma zəminində üç nəfər yaralanmışdır. Küçə və meydanlara axışan 800 nəfərə yaxın şiə məhbusların azad edilmələrini tələb etmişdir. Nümayişçilərə qarşı çıxan 200 nəfərə yaxın polis əməkdaşı mitinqçilərə atəş açmışdır. Şahidlərin məlumatına görə, polis atəşi mitinqlər başa çatana yaxın açmağa başlamışdır. Yaralananlar xəstəxanalara aparılmışdır. 2011-ci ilin mart ayının əvvəllərində Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi şəriət qanunları ilə ziddiyyət təşkil edən mitinqlərin keçirilməsini qadağan etmişdir. Ölkənin daxili işlər nazirliyi əhavlinin nəzərinə çatdırmışdır ki, ölkə polisi əhalinin istənilən qeyri-qanuni yığıncaqların qarşısını almaq hüququndadır.

Digər xəbərlər