PDF Oxu

Dünya

  • 906

Yaponiya sahillərinə 10 metrlik sunami hücum çəkib

Yaponiya sahillərinə 10 metrlik sunami hücum çəkib
"Kuodo Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, martın 11-də Yaponiyanın şimal-şərq sahilləri sunami dalğalarına məruz qalmışdır. Senday limanına çatan dalğaların hündürlüyü 10 metrə çatmışdır. Bir müddət əvvəl dalğaların hündürlüyünün 4-6 metrə çatacağı bildirilirdi. Tokiodan alınan rəsmi məlumatlara görə, 4 milyona yaxın əhali işıqsız qalmışdır. Yaponiya paytaxtının Minyaqi prefekturasında xəsarət alanların sayı kifayət qədər çoxdur. On nəfər dam uçqunu altında qalmışdır. İbaraki prefekturasının Takaxaqi şəhərində 1 nəfərin həlak olduğu bildirilir. 8 nəfər itkin düşmüşdür. Yaponiya hökuməti xarici ölkələrdən yardım almağa hazır olduğunu bəyan edib. Baş verən zəlzələnin maqnituda gücü 8,9 bal həddində olmuşdur. Onun episentri Miyaqi prefekturası sahillərinin 130-cu kilometrliyində olmuşdur. Tiba prefekturasında neftayırıcı müəssisədə baş vermiş yanğın alovları 30 metr yüksəkliyə qalxmışdır. Miyaqi və Fukusima sürət qatarları öz hərəkətlərini dayandırmışlar. Regiona 900-dək xilasedici göndərilib. Ölkənin baş katibi Yukio Edano jurnalistlərə demişdir ki, baş vermiş zəlzələ müasir Yaponiya tarixində ən nəhəngi olmuşdur. Xarnsyu əyalətinin şimali-şərqində 48 nəhəng yanğın müşahidə edilmişdir. Yaponiyada ən dağıdıcı zəlzələ 1923-cü ildə olmuşdur. Onu böyük Kanto zəlzələsi adlandırmışdılar. Zəlzələnin maqnituda gücü 8,3 bal həddində olmuşdur.

Digər xəbərlər