PDF Oxu

Dünya

  • 870

Mərakeş kralı xalqa konstitusiya islahatı vəd edib

Mərakeş kralı xalqa konstitusiya islahatı vəd edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Mərakeş kralı 4-cü Məhəmməd öz təbəələrinə müraciət edərək, ölkədə "konstitusiya islahatları" keçirməklə, kardinal dəyişikliklər edəcəyini vəd etmişdir. Kral bu dəyişiklikləri referendum səsverməsi ilə ifadə ediləcəyini bildirmişdir. 4-cü Məhəmməd konstitusiyada dəyişiklik edilməsi üçün xüsusi komissiya yaradılacağını bəyan etmişdir. Belə ehtimal olunur ki, xüsusi komissiya öz təklifini 2011-ci ilin iyununda krala təklif edəcək və o da həmin təklifi ümumxalq səsverməsinə çıxaracaqdır. Konstitusiya islahatları haqda qərar fevral ayında nümayişçilərin Mərakeşin mərkəzi meydanında keçirdikləri etiraz aksiyalarından sonra qəbul edilmişdir. Mitinqə çıxanlar kralın səlahiyyətlərinin məhdudlaşdırılmasını və sosial ədalətsizliyə son qoyulmasını tələb edirdilər. Agentliyin məlumatına görə, televiziya efirində birbaşa translyasiya edilən 4-cü Məhəmmədin nitqi xalq həyəcanlarından sonra ölkə əhalisinə ünvanlanan ilk çıxış kimi tarixə düşmüşdür. Fevralın 20-də Mərakeşdə keçirilən etiraz aksiyalarında 40 min nəfərədək nümayişçi iştirak etmişdir. Tezliklə dinc nümayişlər polislə qarşıdurma səviyyəsinə çatdırılmış, nəticədə 6 nəfər həlak olmuş və 100 nəfərdən çox adam yaralanmışdır.

Digər xəbərlər