PDF Oxu

Dünya

  • 917

Fransa Liviya milli-keçid hökumətini qanuni sayır

Fransa Liviya milli-keçid hökumətini qanuni sayır
"Frans Press" informasiya agentliyinin məlumatına görə, martın 10-da Fransa prezidenti Nikolya Sarkozi Benqazidə formalaşdırılmış milli-keçid hökumətini Liviya xalqının maraqlarını təmin edən legitim hökumət kimi tanıdığını bəyan etmişdir. Bununla da, Fransa, faktik olaraq, Müəmmər Qəddafi rejimi ilə münasibətləri pozduğunu bildirmişdir. Paris ilk Avropa ölkəsi paytaxtıdır ki, Tripoli hökumətinin legitimliyini rədd etmişdir. Ondan bir müddət əvvəl, ABŞ prezidenti Barak Obama polkovnik M.Qəddafi hökumətinin legitimliyini itirdiyini bəyan etmişdi. Ancaq B.Obama Benqazi milli-keçid hökumətinin qanuniliyini, hələ ki, tanımamışdır. Fransanın Benqazi milli-keçid hökumətini tanıması Avropa nümayəndələrinin bu Afrika şəhərinə səfər edərək, yerli siyasətçilərlə görüş keçirmələrindən sonra olmuşdur. Liviyalılar Avropa nümayəndələrindən xahiş etmişlər ki, onların legitimliyini tanımaqla bərabər, həm də M.Qəddafi rejiminə qarşı mübarizə aparmaqda onlara kömək etsinlər. Tripolidə Benqazi milli- keçid hökuməti tərəfdarlarını satqın və casus adlandırırlar. Şura rəhbəri Mustafa Abdel Cəlilin başı üçün M.Qəddafi 500 min Liviya dinarı (410 min dollar) məbləğində mükafat ayırmışdır.

Digər xəbərlər