PDF Oxu

Dünya

  • 734

Tehranda nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edilib

Tehranda nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 8-də Tehranın təhlükəsizlik qüvvələri hökumət əleyhinə keçirilmiş mitinqi gözyaşardıcı qaz tətbiq etməklə dağıtmışlar. Məlumat müxalifət lideri Mirhüseyn Musəvinin saytından götürülmüşdür. M.Musəvi və Mehdi Kərrubi Beynəlxalq Qadınlar Günü münasibəti ilə öz tərəfdarlarını Tehran küçələrinə çıxarmışdır. Polis və basicey yarımhərbi birləşmələr gözyaşardıcı qaz tətbiq etməklə, paytaxtın inqilab küçəsinə daha çox adamın toplaşmasının qarşısını almışlar. M.Musəvinin saytında gedən məlumata görə, onu və arvadını ev dustaqlığından həbsxanaya aparmamışlar. M.Musəvi və M.Kərrubinin həbsxanaya salınmaları haqda məlumat fevralın 28-də yayılmışdı. Məhkəmə instansiyasından alınan məlumata görə, Mahmud Əhmədinejadın siyasi əleyhdarları ev dustağı edilmişlər və onlarla görüşlər məhdudlaşdırılmışdır. Fevralın 14-də Afrika ölkələrində xalq həyəcanları başlanarkən, müxalifət liderlərinin kənar şəxslərlə görüşü məhdudlaşdırılmışdır. Fevralın 20-də və martın 1-də Tehranda keçirilməsi nəzərdə tutulan mitinqlər dağıdılmışdır.

Digər xəbərlər