PDF Oxu

Dünya

  • 686

Qvatemalanın 1-ci xanımı qanun pozuntusu ilə seçkilərə gedir

Qvatemalanın 1-ci xanımı qanun pozuntusu ilə seçkilərə gedir
"BBC Nyus" informasiya agentliyinin martın 9-da yaydığı məlumata görə, Qvatemalanın birinci xanımı Sandra Torres iqtidar partiyasının namizədi kimi prezident seçkilərində iştirak etmək fikrində olduğunu bildirmişdir. Hazırda iqtidarda olan prezident Alvaro Kolomun arvadı S.Torres bu qərarı ölkə əhalisi arasında populyar olması ilə əlaqələndirmişdir. S.Torres Qvatemalada "ümid və əmin-amanlıq" hökuməti yaradacağını bəyan etmişdir. Qvatemala qanunçuluğuna əsasən, iqtidarda olan prezidentin qohumları və yaxın ətrafının prezident seçkilərində öz namizədliklərini irəli sürmələri qadağan edilir. S.Torresin vəkilləri konstitusiyada olan bu maddənin ölkə vətəndaşlarının seçilmək hüququna maneçilik törətdiyini bildirirlər. İqtidarda olan prezidentin arvadının prezident seçkilərində iştirak edib-etməməsini Qvatemala Konstitusiya Məhkəməsi müəyyənləşdirəcəkdir. İqtidarda olan prezident Alvaro Kolom sentyabrda keçiriləcək prezident seçkilərində iştirak etməyəcəkdir. S.Torres qalib gələcəyi təqdirdə, Qvatemala tarixində ilk prezident-qadın olacaqdır.

Digər xəbərlər