PDF Oxu

Dünya

  • 811

ABŞ-ın ən təhlükəli şəhərində federal marşallara hücum edilib

ABŞ-ın ən təhlükəli şəhərində federal marşallara hücum edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 8-də ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində ökənin Marşal Xidməti əməkdaşlarına atəş açılmışdır. Federal marşallar həbslər keçirərkən, onlara atəş açılmışdır. Marşallar şübhəli şəxsin yaşadığı evə daxil olmaq istəyirdilər ki, bu vaxt atəşə məruz qalmışdılar. Nəticədə, Marşal Xidməti əməkdaşlarının 3 nəfəri yaralanaraq, xəstəxanaya çatdırılmışdır. "The St.Louis Post-Dispatch" yerli qəzetin məlumatına görə, atəş açan şəxs həbs olunmuşdur. Yaralananlardan iki nəfəri marşal, bir nəfəri isə polis əməkdaşı olmuşdur. Qəzetin yazdığına görə, evdə gizlənmiş silahlı şəxs təslim olmaqdan imtina etmişdi. Həmin şəxsin girov götürdüyü ehtimalı da olmuşdu. İnsidentdən sonra evə əlavə polis və xüsusi xidmət dəstələri cəlb edilib. Ətraf küçələrdə hərəkət dayandırılıb. Sent-Luis ABŞ-da kriminal şəhər kimi tanınır. Federal Təhqiqat Bürosunun məlumatına görə, şəhərdə yaşayan 100 min nəfərin hər birinə 40 qətl hadisəsi düşür.

Digər xəbərlər