PDF Oxu

Dünya

  • 891

Liviya üsyançıları Britaniyanın 8 xüsusi xidmət əməkdaşını ələ keçiriblər

Liviya üsyançıları Britaniyanın 8 xüsusi xidmət əməkdaşını ələ keçiriblər
"Sunday Tayms" qəzetinin yazdığına görə, Müəmmər Qəddafinin əleyhdarları olan üsyançılar Böyük Britaniyanın "SAS" xüsusi xidmət orqanının 8 əməkdaşını ələ keçirmişlər. Britaniya "SAS"çıları London diplomatının M.Qəddafinin əleyhdarları olan Liviya müxalifətçiləri ilə görüşünü təşkil edərkən yaxalamışlar. "Tayms" qəzetinin yazdığına görə, ələ keçirilmiş "SAS" döyüşçüləri hazırda Benqazi şəhərində saxlanılırlar. Böyük Britaniyanın diplomatik dairələri beynəlxalq aləmin Liviya üsyançıları kimi tanıdığı şəxsləri rəsmi surətdə tanımaq istəmirlər. Britaniyanın "SAS" döyüşçüləri fevralın axırlarından Liviyada fəaliyyət göstərirlər. Böyük Britaniyaya məxsus hərbi-dəniz donanmasının minadaşıyan eskadrası Benqazi limanında dayanmışdır. Britaniyanın keçmiş baş naziri Qordon Braun əvvəl belə hesab edirdi ki, Liviyanın müxalifətçiləri ilə qeyri-rəsmi diplomatik münasibət yaratmaq olar. M.Qəddafi martın 3-də ələ keçirilmiş 3 Hollandiya əsgərinin Liviyanın rəsmi dairələrinin əlində olduğunu bəyan etmişdir. M.Qəddafi BMT Afrika Birliyi komissiyasının da Liviyada təhqiqat aparmasının mümkünlüyünü qəbul etdiyini bildirmişdir: "Biz komissiyanın maneəsiz işləməsi üçün şərait yaratmağa hazırıq". Liviyada vətəndaş müharibəsi fevralın 15-də ölkə müxalifətinin kütləvi etiraz aksiyalarından sonra başlanmışdır. "BBC Nyus"un məlumatına görə, şənbə günü M.Qəddafinin dəstəkçiləri Tripolinin qərb hissəsinin 50 kilometrliyində yerləşən Əl-Zəviyyə şəhəri uğurunda vuruşmuşlar. Şahidlərin məlumatına görə, döyüşlərdə 30 nəfərədək adam yaralanmışdır. Şəhər hələ də üsyançıların əlindədir.

Digər xəbərlər