PDF Oxu

Dünya

  • 733

ABŞ-ın müdafiə naziri gözlənilmədən Əfqanıstana uçub

ABŞ-ın müdafiə naziri gözlənilmədən Əfqanıstana uçub
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın müdafiə naziri Robert Geyts martın 7-də Əfqanıstana qeyri-rəsmi səfər etmişdir. Onun burada Əfqanıstan prezidenti Həmid Kərzayi ilə görüşəcəyi gözlənilir. "Frans Press"in məlumatına görə, R.Geyts və H.Kərzayinin görüşləri ABŞ və Əfqanıstan arasında gərginləşməkdə olan münasibətlər fonunda davam edəcəkdir. Çünki ötən həftə NATO-ya daxil olan koalisiya qüvvələrinin Kunar əyalətində endirdiyi aviasiya zərbəsi nəticəsində 9 uşaq həlak olmuşdur. Bu görüşdən əvvəlki səfəri zamanı R.Geytsə H.Kərzayi demişdi ki, dinc sakinlərin öldürülməsində təqsirli olan ABŞ tərəfin rəsmi üzürünü qəbul etmir. M.Kərzayi Vaşinqtonla Kabul arasında münasibətlərin pisləşməsinin başlıca səbəbinin məhz ABŞ hərçilərinin dinc sakinləri öldürməsi ilə bağlı olduğunu bildirmişdi. Əfqanıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, cari ilin 18 fevralından 1 martınadək bombardman nəticəsində 74 nəfər həlak olmuşdur ki, onların 40 nəfəri uşaqlar olmuşdur. M.Geyts Əfqanıstanın şərqində və cənubunda xidmət edən ABŞ quru qoşunlarının komandanı general Devid Petreusla da görüşməyi planlaşdırır. Xatırladırıq ki, 2011-ci ilin fevralında D.Petreusun tezliklə tutduğu postdan gedəcəyi haqda məlumatlar yayılmışdı. 2011-ci ilin iyulunda ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması gözlənilir. 2014-cü ildə isə ordu komandanlığı səlahiyyəti Əfqanıstan hökumətinə ötürüləcəkdir. Hazırda Əfqanıstan ərazisində 97 min Amerika əsgəri xidmət edir. Bu, R.Geytsin Əfqanıstana sayca 13-cü səfəridir. O, bundan əvvəlki səfərini Kabula 2010-cu ilin dekabrında etmişdi. ABŞ Əfqanıstanda hərbi əməliyyata 2001-ci ildə başlamışdır.

Digər xəbərlər