Estoniya parlament seçkilərində islahatçı partiya qalib gəlib
RİA "Novosti" informasiya agentliyinin martın 7-də yaydığı məlumata görə, Estoniyanın baş nazirinin başçılıq etdiyi islahatçı partiya parlament seçkilərində qalib gəlmişdir. Ölkənin baş naziri Andrus Ansip seçicilərin 28,6 faizinin etimadını qazanmışdır. Bu, parlamentdəki 101 mandatdan 33-nü qazanmaq deməkdir. İkinci yerdə mərkəzçi müxalifət partiyası gedir. Bu partiya 23,2 faiz seçici səsi qazanmışdır. Bu, 26 mandat deməkdir. Mərkəzçi partiyanın lideri Tallinin meri Edqard Savisaardır. Mart Laarın başçılıq etdiyi Vətən Birliyi və Res Publica partiyalarının təşkil etdiyi İRL koalisiyası 20,6 faiz səs qazanmışdır. Dördüncü yeri 17,1 faiz seçici səsi ilə müxalifətçi Sosial-Demokrat Partiyası tutmuşdur. Bu partiya 19 mandat qazanmışdır.
"Xalq Birliyi" və "Yaşıllar" partiyaları, müvafiq olaraq, 2,1 və 3,8 faiz seçici səsi qazanmışlar. Estoniyanın rus partiyası 0,9 faiz səs qazanmağa nail olmuşdur. Səsvermə zamanı 573,3 min nəfər, yəni 62,9 faiz seçici seçki məntəqələrinə gəlmişdir.