PDF Oxu

Dünya

  • 839

Çin hökuməti ara qarışdırmaqda jurnalistləri ittiham edib

Çin hökuməti ara qarışdırmaqda jurnalistləri ittiham edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çin polisi xarici ölkə jurnalistlərindən tələb etmişdir ki, hökumət əleyhinə etiraz aksiyaları keçirilən yerlərə baş çəkməsinlər. Təhdidlər qeyri-formal xarakter daşıyır. Çin polisləri xarici ölkə jurnalistləri ilə fərdi söhbətlər aparır və vəziyyətin necəliyi ilə onları məlumatlandırırlar. Bu cür söhbətlər "Assoşieyted Press" müxbirləri ilə də aparılmışdır. Digər kütləvi informasiya vasitələri Çin hakimiyyət dairələri tərəfindən ünvanlarına edilən təhdidləri anonim saxlamağa çalışırlar. Ehtiyat edirlər ki, bu yöndə rəsmi çıxışlar etsələr, onlara Çində işlərini davam etdirmək qadağan edilər. 26-27 fevralda Pekinin Vanfutsizin küçəsinə gələn bəzi jurnalistlər burada müxalifətçilərin keçirmək istədikləri aksiyada iştirak etmək istəyirdilər. Ancaq onlar mülki geyimli naməlum şəxslərin hücumlarına məruz qalmışlar. Polislər Avropa jurnalistlərindən birinin videoyazısını kobud surətdə dartıb əlindən almışlar. Həmin günlər müxalifətçilərin aksiyaları keçirilmədi. Çində nəşr edilən ingilis dilli "The Global Times" qəzeti Qərb jurnalistlərini Çində keçirilən etiraz aksiyalarını qızışdırmaqda ittiham etmişdir. Bu cür yazılar davamlı xarakter daşıyır.

Digər xəbərlər