PDF Oxu

Dünya

  • 811

Belarus əleyhinə AB sanksiyalarına daha 9 ölkə qoşulub

Belarus əleyhinə AB sanksiyalarına daha 9 ölkə qoşulub
Avropa Birliyinin Belarus əleyhinə sanksiyalarına daha 9 qeyri-AB ölkəsi qoşulmuşdur. Bu bəyanatı Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi vermişdir. Brüsselin nümunəsini Avropa Birliyinə namizəd olan 9 ölkə öz üzərinə götürmüşdür. Namizəd ölkələrdən Xorvatiya, keçmiş Yuqoslaviya Respublikasına daxil olan Makedoniya, Çernoqoriya və İslandiya sanksiyaları dəstəkləmiş, Türkiyə isə bu aksiyaya qoşulmamışdır. Siyahını Albaniya, Bosniya və Hersoqovina konfederasiyası, Serbiya, Norveç və Lixtenşteyn tamamlamışdır. Avropa Birliyi sanksiyalara qoşulmuş bu ölkələri alqışlamışdır. Sanksiyaların başlıca məğzini Belarus məmurlarının AB ölkələrinə gediş-gəlişinin məhdudlaşdırılması təşkil edir. "Qara siyahı"ya 150-dən çox Belarus məmurunun adı daxil edilmişdir. Buraya Belarus prezidenti Alesandr Lukaşenkonun, respublika güc strukturları rəhbərlərinin, hakimlərin, seçki komitələri və dövlət kütləvi informasiya vasitələri əməkdaşlarının adları salınmışdır.

Digər xəbərlər