PDF Oxu

Dünya

  • 922

Klinton İranda yoxa çıxmış keçmiş FTB agentinin izini tapıb

Klinton İranda yoxa çıxmış keçmiş FTB agentinin izini tapıb
"Vaşinqton Post" qəzetinin martın 3-də yazdığına görə, 2007-ci ildə İranda yoxa çıxmış keçmiş Federal Təhlükəsizlik Bürosu (FTB) agenti Robert Levinson sağdır və hazırda Asiya ölkələrindən birində yaşayır. Bu cür bəyanatla ABŞ-ın dövlət katibi Hillari Klinton çıxış etmişdir. Onun dediyinə görə, R.Levinsonun salamat olması haqda ABŞ hökumətində rəsmi informasiya var. ABŞ dövlət rəsmisi keçmiş FTB agentinin Cənubi-Qərbi Asiya ölkələrinin birinin həbsxanasında saxlanılır. O, İran hökumətindən tələb etmişdir ki, R.Levinsonun Vaşinqtona qaytarılmasında yardımçı olsun. Bir müddət əvvəl, ekspertlər belə hesab edirdilər ki, diabetdən və təzyiqinin qalxmasından şikayət edən 63 yaşlı R.Levinsonun sağ qalma ehtimalı olduqca azdır. R.Levinson 27 il FTB sıralarında fəaliyyət göstərmiş və fərdi xəfiyyə kimi istefaya çıxmışdır. İstefada olan R.Levinson qaçaqmalçılıq üzrə bir işin təhqiqatını aparırdı və İrana da bu məqsədlə getmişdi. Son dəfə R.Levinsonu Fars körfəzində yerləşən kurort adası Kişdə görmüşlər. Bu yer qaçaqmalçılığı ilə ad çıxarmışdır. Bundan sonra onu görən olmamışdır. Belə ehtimal olunur ki, R.Levinson yerli xüsusi xidmət orqanları tərəfindən həbs edilmişdir. Digər ehtimala görə, cinayətkar qruplaşma üzvləri onu ələ keçirib qətlə yetirmişlər. Onu tapacağına söz verən Mahmud Əhmədnejad da öz vədinə xilaf çıxmışdır.

Digər xəbərlər