PDF Oxu

Dünya

  • 831

Yuşşenko tərəfdarları Ali Radada təmsil olunub

Yuşşenko tərəfdarları Ali Radada təmsil olunub
"Ukraynskaya Pravda" qəzetinin yazdığına görə, Ali Radada "Bizim Ukrayna" partiya qrupu yaradılmışdır. Qrupa deputat Zinovi Şkutyak başçılıq edir. "Bizim Ukrayna" siyasi şurasının başçısı Valentin Nalivaçenkonun dediyinə görə, deputat qrupunun yaradılması səbəbi "partiyanın parlamentdə təmsil olunmasını təsdiq etmək məqsədi güdür". O, qeyd etmişdir ki, "Bizim Ukrayna" iqtidar rejiminə qarşı müxalifətdə dayanır. Keçmiş Ukrayna prezidenti Viktor Yuşşenkonun qardaşı Pyotr Yuşşenko da daxil olmaqla qrupa 11 nəfər daxil edilib. 2007-ci ildə keçirilmiş son parlament seçkilərində V.Yuşşenko tərəfdarları "Bizim Ukrayna" və "Xalq Özünümüdafiəsi" tərkibində iştirak etmişdir. Bu blok üzvləri Ali Radada 72 yer tutmuşdular. Sonradan blok parçalandı və onun üzvlərinin bir qismi Yuliya Timoşenkonun tərəfinə keçdilər. Parçalanma prosesi Viktor Yanukoviç hakimiyyətə gələnədək davam etdi. Bundan sonra V.Yuşşenko tərəfdarları Regionlar Partiyasının yeni parlament çoxluğunun tərəfinə keçməyə başladılar. "Bizim Ukrayna" partiyası lideri prezident postundan məhrum edildikdən sonra süqut etməyə başladı. Yerli orqanlara son seçkilər zamanı "Bizim Ukrayna" partiyası autsayderlər sırasına düşmüşdür.

Digər xəbərlər