PDF Oxu

Dünya

  • 853

ABŞ Liviya sahillərinə iki desant gəmisi göndərib

ABŞ Liviya sahillərinə iki desant gəmisi göndərib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ hərbi-dəniz qüvvələrinə məxsus iki gəmi Süveyş kanalından Aralıq dənizinə keçib Liviya sahillərinə doğru kurs götürmüşdür. Söhbət ABŞ-ın "Kirsarc" vertolyot daşıyan və "Ponts" nəqliyyat-desant gəmilərindən gedir. "Kirsarc"ın bortunda 42 döyüş vertolyotu var. Bir müddət əvvəl, ABŞ-ın müdafiə naziri Robert Geyts belə bir bəyanat vermişdi ki, Aralıq dənizinə bortunda 400 nəfər dənizçi piyadaları olan iki gəmi göndərmişdir. Nazirin dediyinə görə, gəmilər vətəndaş müharibəsi gedən ölkələrdə təhlükəsizliyi təmin etmək üçün humanitar missiya yerinə yetirmək məqsədilə göndərilmişdir. O demişdir ki, məqsəd Liviyanın daxili işlərinə qarışmaq deyil, çünki bu cür əməliyyatın keçirilməsi Şimali Afrikada ciddi narazılığa səbəb olardı. Nazir ABŞ-ın Liviya yönümündə müxtəlif ssenari variantlarına baxdığı, ancaq heç bir konkret nəticəyə gəlmədiyini bildirmişdir. ABŞ Liviyaya hərbi gəmilər göndərən ilk ölkə deyil. Fevralın 24-də Almaniya ərəb ölkələrindən öz vətəndaşlarını gətirmək üçün bu ölkəyə bortunda 600 nəfər dənizçi piyadaları olan 3 gəmi göndərmişdi. Böyük Britaniya hərbi-dəniz qüvvələrinə məxsus bir gəmi Liviya inqilabçılarını öz nəzarəti altında saxlamaq üçün Benqazi limanında dayanmışdır. Bundan başqa, Liviyada Böyük Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə "Sas" xüsusi patrul dəstəsi xidməti keçirir.

Digər xəbərlər