PDF Oxu

Dünya

  • 772

Tehranda müxalifətin çıxışları davam edir

Tehranda müxalifətin çıxışları davam edir
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, martın 1-də Tehranda minlərlə müxalifət tərəfdarları paytaxt küçələrinə axışaraq Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb etmişlər. Hakimiyyət dairələri nümayişçiləri dağıtmaq üçün polis və yarımhərbi hissə olan basiceylərin köməyindən istifadə etmişdir. Onlar etiraz aksiyaları keçirənlərə qarşı gözyaşardıcı qazlardan və digər xüsusi vasitələrdən istifadə etmişlər. Tehranın mərkəzi küçə və meydanlarında hüquq-mühafizə orqanlarının hissələri keşik çəkirlər. Onların başlıca vəzifələri şəhər əhalisinin bir yerə yığışmalarının qarşısını almaqdır. İlkin məlumatlara görə, nümayişçilər artıq iki polis avtomobilini yandırmış və hökumət əleyhinə şüarlar qışqırmaqda davam edirlər. Onlar öz sıralarının futbol meydançasına çıxan azarkeşlər tərəfindən doldurulmasını gözləyirlər. Şahidlərin dediklərinə görə, paytaxtda internetin işində yenidən fasilələr yaranmışdır. İran müxalifətinin ilk etiraz aksiyası fevralın 14-də keçirilmişdir. Həmin gün hakimiyyət dairələri çoxminli etiraz aksiyalarını zorakılıqla yatırmışlar. Müxalifətçilər Tunis və Misir xalqlarının həmrəyliyinə səs verməyə çıxmışdılar. Həmin gün M.Musəvi və M.Kərrubi ev dustağı edilmiş və zahiri aləmlə əlaqələri kəsilmişdir.

Digər xəbərlər