PDF Oxu

Dünya

  • 798

Tunisin baş naziri keçmiş müdafiə naziri olub

Tunisin baş naziri keçmiş müdafiə naziri olub
"Frans Press" və "Röyters" informasiya agentliklərinin məlumatına görə, Tunisin üç naziri istefaya göndərilmişdir. Bunlar iqtisadi islahatlar naziri Elyes Juini, ali təhsil və tədqiqatlar naziri Əhməd İbrahim və regional inkişaf naziri Əhməd Nəcib Çebbi olmuşdur. "Assoşieyted Press"in məlumatına görə, müxalifətin tanınmış nümayəndəsi olan Ə.N.Çebbi öz istefasını yeni hökumət başçısı postuna Beci Kaid Esebsinin seçilməsi ilə əlaqələndirmişdir. Ə.N.Çebbi həm də qeyd etmişdir ki, yeni hökumət onun prezident seçkilərində iştirakına maneçilik törətmək üçün müəyyən tədbirlər hazırlayır. Nazir keçid hökumətini qətiyyətsizlikdə ittiham etməyi unutmamışdır. Əhməd İbrahim isə, öz növbəsində, nazirlər kabinetinin üzvü olmadan da "inqilaba xidmət etməyin" mümkünlüyünü qeyd etmişdir. Prezident Zin əl-Abidin Ben Əli yanvarın ortalarında istefaya çıxdıqdan sonra Tunisin müvəqqəti hökumətinə başçılıq edən baş nazir Məhəmməd Qannuçi fevralın 27-də istefaya çıxmışdır. Onun bu cür qərar qəbul etməsinin səbəbi ölkədə yeni etiraz aksiyalarının başlanması olmuşdur. Baş nazir postuna təyin edilmiş Beci Kaid Esebsi liberal siyasət yürüdülməsinin tərəfdarıdır. Müxtəlif vaxtlarda o, bir neçə dövlət postuna təyin edilmişdir ki, onların arasında müdafiə və xarici işlər naziri postları da olmuşdur. Fevralın 28-də sənaye və texnologiyalar naziri Məhəmməd Afif, planlaşdırma və beynəlxalq əlaqələr naziri Məhəmməd Nuri Juin istefa vermişdir.

Digər xəbərlər