PDF Oxu

Dünya

  • 681

Pakistanda katolik nazir güllələnib

Pakistanda katolik nazir güllələnib
"The Hindi" qəzetinin yazdığına görə, martın 2-də Pakistanın paytaxt şəhəri İslamabadda azlıqların işi üzrə nazir Şahbaz Bhattinin həyatına sui-qəsd edilmişdir. Qəzet yazır ki, nazirin avtomobilini əhatəyə almış naməlum motosiklçilər avtomat silahlardan ona atəş açmışlar. Qəzetin yazdığına görə, nazir xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. "Əl-Cəzirə" qəzeti isə yazır ki, polis bədxahların naziri öldürmək arzusunda olduqlarını, hələlik, müəyyənləşdirə bilməmişdir. "Frans Press" agentliyinin məlumatına görə, azlıqların işi üzrə nazir öz dini mənsubiyyətinə görə katolik olmuşdur. Onu həm də Pakistanın bidət haqqında qanunun ardıcıl tənqidçisi kimi tanıyırdılar. Bu qanuna görə, Məhəmməd peyğəmbəri təhqir edənlər ölüm hökmü ilə cəzalandırılırlar. Nazir bu qanunun ilk qurbanı olmamışdır. Yanvarın 4-də İslamabadın Pəncab əyalətinin qubernatoru Salman Tazir bu qanun əleyhinə çıxdığı üçün öldürülmüşdür. Ona atəş açan şəxsi mühafizəçisi həbs edilmiş və əleyhinə ittiham irəli sürülmüşdür. "The Hindi" qəzeti yazır ki, bidət qanununun müddəalarına əsasən 2010-cu ilin noyabrında 5 uşaq anası olan xristian Asia Bibi həbs edilərək, haqqında ölüm hökmü çıxarılmışdır. Məhkəmənin bu qərarı ölkədə böyük rezonans doğurmuşdur. Hələlik, hökm icra edilməmişdir.

Digər xəbərlər