PDF Oxu

Dünya

  • 945

İranda müxalifət liderləri həbs edilib

İranda müxalifət liderləri həbs edilib
"Frans Press" informasiya agentliyinin İran müxalifətinin lideri Musəvinin saytına əsaslanaraq, yaydığı məlumata görə, müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi hakimiyyət orqanları tərəfindən həbs edilmişlər. Həbs edilən müxalifət liderləri arvadları ilə birlikdə Tehranda yerləşən Eşmətiyeh həbsxanasında ciddi nəzarət altında saxlanılır. Şahidlərin ifadələrinə görə, fevralın 24-nə keçən gecə M.Kərrubinin evinə təhlükəsizlik xidmətinin 8 mikroavtobusu yaxınlaşmışdı. Onlar bir neçə dəqiqədən sonra getmişdilər. Mümkündür ki, M.Kərrubini və arvadını da özləri ilə aparmışlar. "Röyters" informasiya agentliyi "Fars" İran agentliyinə əsaslanaraq, M.Musəvi və M.Kərrubinin həbs edildikləri xəbərini yaymışdır. "Həbs edilənlərin hər ikisi öz mənzillərində dustaq edilmişdir və yalnız adamlarla əlaqə saxlamalarına məhdudiyyət qoyulmuşdur" deyə agentliyin müsahibi bildirsə də, "məhdudiyyətin" xarakteri haqda geniş məlumat verməmişdir. M.Musəvi və M.Kərrubinin ev dustağı edilməsi ilə bağlı məlumat fevralın 14-də məlum olmuşdur. M.Musəvinin qızları atalarının vəziyyəti haqda məlumatsız olduqlarını bildirir və onunla görüşə bilmədiklərini deyirlər. Fevralın 21-də M.Kərrubinin oğlu Əli həbs edilmişdir. Hakimiyyət dairələri M.Kərrubi və M.Musəvinin "ölkə və xalq üçün öldüyünü" bəyan etmiş və onlarla görüşü qadağan etmişlər.

Digər xəbərlər