PDF Oxu

Dünya

  • 834

Nümayişçilər Yəmən prezidentinin istefaya çıxmasını tələb ediblər

Nümayişçilər Yəmən prezidentinin istefaya çıxmasını tələb ediblər
"Frans Press" informasiya agentliyinin məlumatına görə, martın birində Yəmənin paytaxtı Səna şəhərində genişmiqyaslı etiraz aksiyası keçirilmişdir. Nümayişçilər ölkə prezidenti Əli Abdulla Salehin istefasını tələb etmişlər. Agentlik məlumat verir ki, Sənanın mərkəzində keçirilən etiraz aksiyalarında iştirak etmək üçün ətraf bölgələrdən adamlar axışıb gəlirlər. Təşkilatçılar Səna Universiteti yaxınlığındakı meydana aparan üç geniş küçəni adamla doldurmuşlar. Əvvəllər, bu meydanda etiraz aksiyası keçirənlərin düşərgələri salınmışdır. Martın 1-də Saleh ərəb dünyasında qanun pozuntusu törədənlərin başında İsrailin durduğunu bəyan etmişdi. Yəməndə vəziyyət 2011-ci il fevralın ortalarında Misir və Tunisdə baş vermiş qanun pozuntusu fonunda gərginləşməyə başlamışdır. Fevralın 16-da təhlükəsizlik qüvvələri ilə etirazçıların toqquşması nəticəsində 19 nəfər həlak olmuşdur. Kütləvi etiraz aksiyaları yalnız paytaxtda yox, həm də ölkənin cənubunda yerləşən Ədən şəhərində keçirilir. Saleh "Əl-Ərəbiyyə" qəzetinə verdiyi müsahibədə bu əyalətdə baş vermiş qarşıdurma nəticəsində bir neçə nəfərin ölməsi faktını yaratmış olduğu yeni təhqiqat komissiyasının köməyi ilə araşdıracağını vəd etmişdir. Həşid və Bakil adlı iki nüfuzlu qəbilə nümayişçilərin tərəfinə keçmişdir. Saleh bir neçə mühüm islahat keçirəcəyini vəd etsə də, nümayişçilər 30 il ərzində Yəməni idarə edən prezidentin istefasını tələb edirlər.

Digər xəbərlər